Modern.az

Hərbi Prokurorluqdan AÇIQLAMA: Çavuş əsgəri qəsdən güllələyib

Hərbi Prokurorluqdan AÇIQLAMA: Çavuş əsgəri qəsdən güllələyib

Təhsil

11 Mart 2015, 23:28

Respublika Hərbi Prokurorluğu Azərbaycan Ordusunun əsgərinin ölümü ilə bağlı məlumat yayıb. Hərbi Prokurorluğun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Bayramov Anar Günəş oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktına görə 7 mart 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılmış təxirəsalınmaz istintaq hərəkətləri nəticəsində əsgər Anar Bayramovun həmin hərbi hissənin kiçik çavuşu Bəyverdiyev Tural Gülmirzə oğlu tərəfindən avtomat silahdan açılmış atəş nəticəsində qəsdən öldürüldüyü müəyyən edilib.

Toplanmış sübutlar əsasında 9 mart 2015-ci il tarixdə Tural Bəyverdiyev Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Gəncə hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan seçilib.

Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir, iş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılması və müvafiq qərar qəbul edilməsi təmin ediləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı