Modern.az

Bakıda kişi özünü 9-cu mərtəbədən atdı

Bakıda kişi özünü 9-cu mərtəbədən atdı

Təhsil

12 Mart 2015, 11:31


Suraxanı rayonu Yeni Günəşli "V" yaşayış sahəsində intihar hadisəsi baş verib. Sakinlərin Modern.az-a verdiyi məlumata görə, “V” yaşayış sahəsi, bina 6, mənzil 18-də yaşayan Anastasiya Tolpayevanın 40 yaşlarında olan oğlu Vadim özünü evin pəncərəsində atıb. 

Özünü 9-cu mərtəbədən atan kişinin hadisə yerindəcə keçindiyi bildirilib. Qonşuların sözlərinə görə, həyatına qəsd edən şəxs  uzun illərdir xəstəlikdən əziyyət çəkirmiş.

Onun ruhi xəstə olduğunu iddia olunur. Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.  

Gülşən RAUFQIZI  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!