Modern.az

Bakıda beynəlxalq sərgi açıldı - FOTOLAR

Bakıda beynəlxalq sərgi açıldı - FOTOLAR

Təhsil

12 Mart 2015, 14:15

Bu gün “Baku Expo Center”də beynəlxalq çiçəkçilik, peyzaj və şəhərsalma sərgisinin açılışı keçirilib. Türkiyənin “Atılım Fuarcılık” və "ElanExpo" şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə “AfuExpo”, “Azeryolservis”, Bakı Yaşıllaşdırma, Bakı Abadlıq, Nəbatat Bağı, Azərbaycan Biznesmenlər Assosiasiyası, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, icra hakimiyyətləri, mütəxəssislər, dövlət idarə və təşkilatları da iştirak edib.

  Açılışda tədbirində 12 ölkədən 150 şirkət iştirak edib. Sərgidə Azərbaycandan “By Art”, “Kafurpas”, “Gardenia”, “Abseron Botanik”, “Caspian Botanik”, “Green Life”, Türkiyədən “Hidromak”, “Güneri Makine”, “Erdemli Makine”, “Polight”, “As Beton”, “Peyart”, “Sakarya Botanik”, “İstanbul Botanik”, İtaliyadan “Arcangeli”, “Piante Faro”, “İnnocenti Mangoni”, Belçikadan “Arbor”, “VandePutte”, Almaniyadan “Pflanzenhandel Lappen”, “Bruns”, “Lorberg”, Hollandiyadan “Fides Greneth”, İspaniyadan “Ornamental Valencia”, Kolombiyadan “Matina Flowers” adlı şirkət və təşkilatlar yer alıb.  

Sərgi martın 14-dək davam edəcək.  









Şahin Qocayev  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı