Modern.az

Bilik Fondu tanınmış jurnalistin Tovuz şagirdlərilə görüşünü təşkil etdi - FOTOLAR

Bilik Fondu tanınmış jurnalistin Tovuz şagirdlərilə görüşünü təşkil etdi - FOTOLAR

Təhsil

12 Mart 2015, 15:13

Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) rəhbəri Seymur Verdizadə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Tovuz rayonu Aşağı Quşçu kəndində fəaliyyət göstərən İsmayıl Mürşüdov adına tam orta məktəbin yuxarı sinif şagirdləri ilə görüş keçirib.

Şagirdlər arasında dövlət atributlarının təbliğ edilməsinə həsr olunmuş görüş Azərbaycanın dövlət himninin ifası ilə başlayıb.

Daha sonra şagirdləri salamlayan S.Verdizadə Azərbaycanın istiqlaliyyətinin   bərpası uğrunda aparılan mübarizə haqqında məlumat verərək, müstəqil dövlət quruculuğunu xalqımızın ən böyük tarixi uğuru kimi qiymətləndirib.

Ölkənin müstəqilliyini simvolizə edən əsas elementlərin müvafiq dövlət atributları -  Bayraq, Gerb və Himn olduğunu diqqətə çatdıran S.Verdizadə həmin rəmzlərin mənasını şagirdlərə ətraflı izah edib.

S.Verdizadə çıxışdan sonra şagirdlərin çoxsaylı suallarını cavablandırıb.








Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı