Modern.az

Lisey və gimnaziyaların I sinfinə elektron qeydiyyat başa çatır

Lisey və gimnaziyaların I sinfinə elektron qeydiyyat başa çatır

Təhsil

15 Aprel 2015, 11:48

Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı 2015-ci il martın 5-dən başlayaraq aparılır. Proses sentyabrın 15-dək davam edəcək.

Modern.az-ın məlumatına görə, Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat isə martın 15-dən etibarən həyata keçirilir.

Qeyd edək ki, elektron qeydiyyat bu gün (15 aprel) 00:00-da başa çatacaq.

Seçim üçün müsabiqələr (imtahanlar) aprel-may aylarında həyata keçiriləcəkdir. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı