Modern.az

Arif Alışanov yazıçı Əli Vəliyevin nəvəsinə vəzifə verdi

Arif Alışanov yazıçı Əli Vəliyevin nəvəsinə vəzifə verdi

Təhsil

7 May 2015, 23:19


Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Arif Alışanov televiziyada kadr dəyişikliyi həyata keçirib.

Modern.az xəbər verir ki, bu haqda məlumatı AzTV-dən bildiriblər.   Məlumata görə, operator Musa Vəliyev televiziyanın baş operatoru Fazil Hadıyevin müavini vəzifəsində çalışacaq.  

Bu faktı Musa Vəliyevin özü AzNews.az-a təsdiq edib:

“Mənim təyinatımla bağlı informasiya bu gün yayılıb. Sabah yeni kollektivə təqdim ediləcəyəm”.  

Qeyd edək ki, uzun müddətdir ki, AzTV-də çalışan Musa Vəliyev Azərbaycanın məşhur yazıçısı Əli Vəliyevin nəvəsidir.   

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...