“Dağlıq Qarabağ münaqişəsi Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulmasında açar rolunu oynayır. Vacib deyil ki, münaqişə tamamilə qaydaya salınsın, amma müəyyən güzəştlər tapmaq olar”.
Modern.az saytının verdiyi xəbərə bunu Ermənistanın 1in.am analitik portalına müsahibəsində Türkiyənin Dünya Siyasəti Tədqiqatları Mərkəzinin eksperti Mansur Akgün deyib.
Politoloq bildirib ki, Madrid prinsiplərinin müddəalarının reallaşmasına Ermənistan tərəfi razılıq verərsə, bu, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə gətirib çıxaracaq.
Mansur Akgünün fikrincə, Dağlıq Qarabağda eskalasiya ehtimalı böyükdür. “Belə bir ehtimal var. Ancaq bu o demək deyil ki, müharibə olacaq”,-deyə o qeyd edib.
Aqşin Kərimov