Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ölkəsinin Türkiyə ilə münasibətlərini normallaşdırmaq üçün rəsmi Yerevanın heç bir şərt irəli sürmədiyini bəyan edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Edvard Nalbandyan ABŞ-a səfəri çərçivəsində Vaşinqtondakı Milli Mətbuat Klubunda jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.Xarici siyasət idarəsinin rəhbəri bildirib ki, ABŞ-ın Türkiyə ilə Ermənistan əlaqələrinin yaxşılaşması məsələsində heç bir şərt irəli sürmədiyini vurğulayıb.
O qeyd edib ki, Ağ Evin bu mövqeyini Ermənistan dəstəkləyir.
Nazir onu da qeyd edib ki, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası yoxdur.
“Ermənistan heç vaxt Türkiyəyə qarşı ərazi iddiası irəli sürməyib”,-deyə o söyləyib.
Aqşin Kərimov