Modern.az

Göyçayda bir ailədən 3 nəfər yanıb öldü - 7 yaşlı oğul, 6 yaşlı qız və ata

Göyçayda bir ailədən 3 nəfər yanıb öldü - 7 yaşlı oğul, 6 yaşlı qız və ata

Təhsil

8 May 2015, 09:49


Göyçay rayonunda bir ailənin üç üzvünün yanaraq ölməsi ilə nəticələnən dəhşətli hadisə baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 8:30 radələrində Göyçay şəhərinin Z. Bünyadov küçəsində, 1982-ci il təvəllüdlü Əhmədova Xəyalə Laçın qızına məxsus evdə qeydə alınıb.

Ümumi sahəsi 70 kvadratmetr olan iki otaqlı fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb.

Yanğın zamanı ev sahibi Xəyalə Əhmədovanın həyat yoldaşı, 1970-ci il təvəllüdlü Babayev Azad Misirxan oğlu, onun iki övladı, 2008-ci il təvəllüdlü Əhmədov İlyas Azad oğlu və 2009-cu il təvəllüdlü Əhmədova Aysu Azad qızı yanaraq ölüb.

Hazırda yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarnın əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı