Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

8 May 2015, 13:09

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, mayın 9-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Mayın 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-13, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı