Modern.az

Pakistandakı səfirimiz ölümdən xilas oldu – TƏFƏRRÜAT

Pakistandakı səfirimiz ölümdən xilas oldu – TƏFƏRRÜAT

Təhsil

8 May 2015, 14:52


Pakistanda göyərtəsində xarici ölkə nümayəndələrinin olduğu Mi-17 helikopteri qəzaya uğrayıb. 

Qəza nəticəsində Norveç və Filippinin Pakistandakı səfirləri ölüb.  

“Dawn” qəzeti isə hadisə zamanı Malayziya və İndoneziya səfirlərinin həyat yoldaşlarının öldüyü barədə xəbər yayıb. Ümumiyyətlə iki pilot daxil olmaqla, 6 nəfər ölüb. Polşa və Niderland səfirləri isə yaralanıb.  

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə özünün "Twitter" səhifəsində yazıb ki, qəzaya uğrayan vertolyota Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov da minməliymiş.  

"Pakistanda vertolyot qəzasında bir neçə ölkənin səfiri həlak olub. Bizim səfirimiz son andakı dəyişikliyə görə vertolyota minməyib", - deyə H. Məmmədzadə qeyd edib.  

Pakistanda qəzaya uğrayan, içərisində səfirlərin olduğu helikopterdə uçmaqdan Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov son anda imtina edib.  

Səfir APA-ya açıqlamasında deyib ki, Pakistan baş nazirinin xanımı tərəfindən bu gün Talassemiya Mərkəzində keçiriləcək tədbirə dəvət edildiyi üçün xarici ölkələrin səfirləri ilə birlikdə Gilgit-Baltistana uçmaqdan imtina edib:

“Helikopter nasaz olub. Eniş etmək istəyərkən texniki problem yaranıb və məktəblərdən birinin üstünə düşüb. Mənim adım uçanlar siyahısında olub. Xəstəxanalara gətirilən yaralılar arasında olmadığım üçün mənim öldüyümə qərar veriblər və bu gün Pakistanda bir sıra media orqanı məni də hadisədə ölmüş kimi qələmə verib. Sonradan mən onlara zəng edib məsələyə aydınlıq gətirdim”.  

Səfir bildirib ki hadisə zamanı Norveç və Filippinin Pakistandakı səfirləri, Malayziya və İndoneziya səfirlərinin isə xanımları ölüb, bir neçə nəfər yaralanıb.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı