
Prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün keçirilən tеst imtаhаnının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK)
Modern.az saytına verilən məlumata görə, mayın 8-də Baş Prokurorluqla birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib. İmtahanın nəticələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) internet saytında yerləşdirilib. İşə qəbul olmaq üçün ərizə təqdim etmiş 380 namizəddən 20 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 360 namizəddən 38 nəfəri müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb. Ən yüksək nəticə 81,5 bal olub.
Yeganə OQTAYQIZI