Modern.az

Təhsil Nazirliyinin əməkdaşları Heydər Əliyev Mərkəzinə gedib

Təhsil Nazirliyinin əməkdaşları Heydər Əliyev Mərkəzinə gedib

Təhsil

8 May 2015, 11:35

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində Təhsil Nazirliyinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, nazirliyin yüzdən çox əməkdaşı iştirak edib.

Ziyarət zamanı əməkdaşlar Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətini, dövlət quruculuğu sahəsində göstərdiyi əvəzolunmaz xidmətləri və mənalı ömür yolunu əks etdirən unikal eksponatlar və sənədlərlə tanış olublar. 

Təhsil nazirinin müavini Firudin Qurbanov Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu, siyasi sabitliyin təmin edilməsi, ölkənin beynəlxalq nüfuzunun gücləndirilməsi, təhsil, səhiyyə və mədəniyyətin inkişafı, azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, milli özünüdərkin təmin edilməsi, xalqın tarixi yaddaşının özünə qaytarılması, milli dövlətçilik arzularının və hisslərinin güclənməsi və real siyasi amilə çevrilməsi sahəsində xidmətləri barədə danışıb. 

Firudin Qurbanov çıxışında ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun fəaliyyətinə də toxunub, Fondun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və “Təhsilə dəstək” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər və nailiyyətlər barədə məlumat verib. 


Ziyarət zamanı yadda qalan hadisələrdən biri də Təhsil Nazirliyinin 12  gənc əməkdaşının Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilməsi olub.

 

 

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı