Modern.az

Görməyən uşaqlara dəstək

Görməyən uşaqlara dəstək

Təhsil

20 May 2015, 12:20

Gənc Ana və Uşaqların Maarifləndirmə İctimai Birliyi görmə qabiliyyəti  məhdud və ya itirilmiş uşaqlar  üçün Dil kursları və İnformasiya  Mərkəzinin  yaradılmasına start verib.

Layihə görmə Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi  Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Birlikdən Modern.az-a verilən məlumata görə, layihənin əsas məqsədi  görmə qabiliyyətini itirmiş uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasına  dəstək verməkdir. Layihə  7-17 yaş qrup üzrə görmə qabiliyyəti itirilmiş və  ya zəif olan   uşaqları əhatə edəcək.

Bu  uşaqların sağlam uşaqlarla davamlı  ünsiyyətini təşkil edərək  cəmiyyətdə mövcud olan stiqmanın aradan qalıdırılmasına yönəlik bəzi fəaliyyət növləri qarşıya qoyulan məqsədlərdəndir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı