Modern.az

“Əl-Qaidə” İŞİD-ə səsləndi: “Amerikaya, ruslara və İrana qarşı birləşək”

“Əl-Qaidə” İŞİD-ə səsləndi: “Amerikaya, ruslara və İrana qarşı birləşək”

Təhsil

2 Noyabr 2015, 10:11

 

“Əl-Qaidə” qruplaşmasının lideri Ayman əl-Zəvahiri tərəfdarlarına müraciət edərək Qərbə qarşı birləşməyə çağırış edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qruplaşma lideri xüsusən Rusiyaya qarşı belə bir ittifaqın yaradılmasını vacib bilib.

“Amerikalılar, ruslar, iranlılar, ələvilər və “Hizbullah” bizə qarşı birləşib. Doğurdanmı, biz bir-birimizlə mübarizəyə son qoyub birləşə bilmərik?”- video müraciətdə Zəvahiri deyir. Zəvahirinin Rusiya aqressiyasından danışdığı nəzərə alınaraq, görüntülərin oktybarın ortalarında çəkildiyi təxmin edilir.

Əl-Zəvahiri bundan əvvəlki çıxışlarında İraq-Şam İslam Dövləti terror qruplaşmasının legitimliyini tanımasa da, Suriyada hərbi situasiyanın dəyişməsindən sonra bu addımı atıb.

Vüqar İsmayılov   

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...