Modern.az

Nazirliyin keçmiş aparat rəhbəri jurnalistikaya qayıdıb - Foto

  Nazirliyin keçmiş aparat rəhbəri jurnalistikaya qayıdıb  - Foto

Təhsil

27 Noyabr 2015, 20:14


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş aparat rəhbəri Elnur Kələntərli jurnalistikaya qayıdıb. Modern.az saytı Qafqazinfo-ya istinadən xəbər verir ki, Elnur Kələntərli AzTv-nin efirində siyasi-analitik proqramın aparıcısı kimi fəaliyyətini davam etdirir.  

Qeyd edək ki, o, keçmiş nazir Füzuli Ələkbərovun dövründə, 2012-ci ilin mart ayında nazirliyin aparat rəhbəri vəzifəsinə təyin edilmişdi. 

Yeni nazir Səlim Müslümovun əmri ilə isə o, vəzifədən azad edilərək Əjdər Cəbiyevlə əvəzlənib.


Modern.az  
Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?