Modern.az

Medvedev Ukraynanı sərt tənqid etdi - “Donuzluq edirlər”

Medvedev Ukraynanı sərt tənqid etdi - “Donuzluq edirlər”

Təhsil

9 Dekabr 2015, 15:17


Rusiyanın baş naziri Dmitri Medvedev rusiyalı jurnalistlərə geniş açıqlama verib.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Medvedev Ukraynanın Krıma verilən elektrik enerjisini kəsməsini “donuzluq” adlandırıb və belə halların genosidə apardığını deyib:

“Bunu belə adlandırmaq olar - donuzluq. Buna başqa ad vermək mümkün deyil”.

Noyabrın 22-də Ukraynadan Krıma gedən 2 yüksək gərginlikli xəttin partladılması nəticəsində yarımada işıqsız qalıb.

Dekabrın 2-də Krıma səfər edən Rusiya prezidenti Vladimir Putin Krasnodar diyarından bölgəyə əlavə elektrik enerjsinin verilməsi barədə göstəriş verib.

Vüqar İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...