Modern.az

Bayram günlərindəki yol qəzalarının sayı AÇIQLANDI

Bayram günlərindəki  yol qəzalarının sayı AÇIQLANDI

Təhsil

2 Yanvar 2016, 13:25


Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanda bayram günləri baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlayıb. 

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az saytına verilən məlumata görə dekabrın 31-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Yanvarın 1-də isə respublikanın avtomobil yollarında 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hər bir faktla bağlı araşdırma aparılır. 

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?