Modern.az

İsmayıllıda keçmiş polis əməkdaşı itkin düşüb

 İsmayıllıda keçmiş polis əməkdaşı itkin düşüb

Təhsil

2 Yanvar 2016, 20:33


İsmayıllı rayonunda 63 yaşlı kişi itkin düşüb. Modern.az saytı xəbər verir ki, bu barədə APA  yerli bürosuna istinadən məlumat yayıb. Məlumata görə, İsmayıllı şəhərinin Mübariz Orucov küçəsindəki 5 saylı ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Nəsirov Bəxtiyar Mirzəbəy oğlu ötən il mayın 1-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Onun ailə üzvləri Bəxtiyar Nəsirovun itkin düşməsi barədə İsmayıllı rayon Polis Şöbəsinə məlumat veriblər. Polis əməkdaşları tərəfindən 7 aydır ki, beş övlad atası olan Bəxtiyar Nəsirovun tapılması üçün həyata keçirilən axtarış tədbirləri hələ ki, bir nəticə verməyib.    

Uzun illər DİN-in Baş Mühafizə İdarəsinin İsmayıllı rayon bölməsinin əməkdaşı olan və təqaüdə çıxan serjant Bəxtiyar Nəsirovu itkin düşməsi faktı ilə bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

Modern.az


Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...