Modern.az

Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilib

Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilib

Təhsil

4 Mart 2016, 16:52



Milli Məclisin bu gün keçirilən iclasında Ali Məhkəmənin hakimi İslam Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar məsələyə baxılıb. O, ərizəsində tutduğu vəzifədən azad olunaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilməsinə baxılmasını xahiş edib.

Modern.az-ın məlumatına görə, İslam Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar məsələyə dair qərar verilib.

İ.Əliyev Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilib.

***

Milli Məclisin bu gün keçirilən iclasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Müseyib Hüseynovun vəzifəsinin dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsi müzakirə olunub.
Müzakirələrdən sonra  M.Hüseynov Bakı Apelyasiya Məhkəməsinə hakim təyin edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?