Modern.az

Leyla Yunus: “İlham Əliyevə minnətdaram”

Leyla Yunus: “İlham Əliyevə minnətdaram”

Təhsil

11 Mart 2016, 15:53

 

“Mən prezident İlham Əliyevə minnətdaram ki, bizi həbsdən buraxdı. Biz ölmədik, amma müalicə də olunmadıq. Lakin istənilən vaxt ölə bilərik. Biz hələ yanvar ayından təcili müalicəyə başlamalı idik”.

Modern.az xəbər verir ki, bunu Leyla Yunus məhkəmədəki çıxışında deyib.

Bu gün - martın 11-də keçirilən məhkəmədə Leyla və Arif Yunusların müraciətinə baxılıb. Onlar ölkədən çıxışlarına məhdudiyyətin aradan qaldırılmasını istəyiblər. Lakin onların şikayəti təmin edilməyib.

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə Həsən Əhmədov sədrlik edib.

Modern.az

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı