Modern.az

Qorbaçov və Yeltsin cinayətkar elan oluna bilər

Qorbaçov və Yeltsin cinayətkar elan oluna bilər

Təhsil

15 Mart 2016, 13:39

Rusiya Dövlət Dumasının böyük fraksiyalarından olan Liberal Demokrat fraksiyası Boris Yeltsin və Mixail Qorbaçovun cinayətkar kimi tanınmasını istəyib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, fraksiya parlamentin gündəliyində “SSRİ prezidenti Mixail Qorbaçov və Rusiya prezidenti Boris Yeltsinin siyasi hakimiyyətlərinin cinayətkar elan olunması” barədə qanunun qəbul edilməsi təklifini irəli sürüb.

“SSRİ-nin dağılması, millətlərarası qovğalar, çoxsaylı hərbi konfliktlər, xəstəliklərin artması, alkoqol və narkotikdən asılı olanların sayının artması, milyonlarla insanların həyat səviyyəsinin 90-cı illərdə kəskin aşağı düşməsi – bütün bunlar təsadüfən baş verməyib”.  

Liberalların təklif etdiyi qanun layihəsində Qorbaçov “yenidəndurma”sının və Yeltsin islahatlarının Rusiyaya ağır ziyan vurduğu qeyd olunur.  

Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı