Modern.az

Bayram günlərində “qara bazar” aktivləşib

Bayram günlərində “qara bazar” aktivləşib

Təhsil

23 Mart 2016, 16:28

 

“Bayram günlərində Bakıda və regionlarda dollar ya da manat qıtlığı müşahidə edilmir”. Bunu Modern.az saytına iqtisadçı Cəfər İbrahimli bildirib.

O, qeyd edib ki, bu günlərdə xüsusilə “qara bazaar” aktivləşib: “Bayram günlərində banklar işləmədiyindən və valyutadəyişmə məntəqələri yox səviyyəsində olduğundan bütün valyuta ticarətləri “qara bazar”da aparılır.

“Qara bazar”da dollar təxminən Mərkəzi Bankın bayramdan əvvəl elan etdiyi məzənnə ilə üst-üstə düşür”.

Ekspert deyib ki, banklarda dollara tələb çox olduğu zaman məzənnə yüksəlir: “Banklar işləmədiyi üçün tələbin o qədər çox olması gözlənilən deyil. Ayrıca, dövriyyədə də manat az olduğu üçün əhalinin tələbinin məzənnəyə təsir etməsi ehtimal olaraq qalır”. 

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı