Modern.az

Məktəbi bitirə bilməyənlər imtahan verəcək

Məktəbi bitirə bilməyənlər imtahan verəcək

Təhsil

29 Mart 2016, 11:52

Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.

Bakı Şəhəri Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, qeydiyyat 01 aprel 2016-cı il tarixdən 20 aprel 2016-cı il tarixə kimi iş günləri saat 14:00-dan 17:00-dək aparılacaq, sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək. Qeydiyyat üçün tələb olunan sənədlər:

1. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş sürəti;

2. 2 ədəd 3x4 ölçüdə fotoşəkil;

3. Təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış;

4. Ümumi orta təhsil haqqında sənədin (şəhadətnamə) notarial qaydada təsdiq olunmuş surəti (tam orta təhsil sənədi –attestat almaq istəyənlər üçün);

5. 18 yaşına çatmış hərbi mükəlləfiyyətli şəxslər üçün hərbi bilet və notarial qaydada təsdiq edilmiş surəti və ya hərbi qulluqdan kənarda qalmağa əsas verən sənəd və notarial qaydada təsdiq edilmiş surəti;

6. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin adına ərizə.

Eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaqd.

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər  4, 5, 6 may tarixlərində saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.

Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.  

Aytən ZƏHRA

 
Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...