Moskvadan Azərbaycana olan təyyarə reysləri təxirə salınıb. Modern.az “Domodedova” Hava Limanına istinadən bildirir ki, Moskvadan Qəbələ və Gəncə istiqmətində olan reyslər təxirə salınıb. Təyyarə reyslərininin təxirə salınmasına səbəb kimi qatı duman göstərilir.
Qeyd edək ki, Moskavadan Qəbələyə təyyarə reysi bu gün Moskva vaxtı ilə 09:10-da, Gəncəyə təyyarə reysi isə Moskva vaxtı ilə 09:10-da olmalı idi.
Aytən ZƏHRA