Modern.az

Xalq şairinin ayağı amputasiya olundu

Xalq şairinin ayağı amputasiya olundu

Təhsil

31 Mart 2016, 11:01

Xalq şairi Söhrab Tahirin ayağı amputasiya olunub.

Bu haqda Modern.az saytına Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bildirib.

X.Rza xalq şairinin martın 30-da yerləşdirildiyini deyib: “Dünən Söhrab Tahirin səhhətində ciddi problem yaranıb. Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Söhrab müəllimin sağ ayağı amputasiya olunub”.

O deyib ki, S.Tahirin vəziyyəti normaldır: “Hələ bir müddət xəstəxana şəraitində, həkim nəzarəti altında olacaq”.

Gülşən RAUFQIZI    

 
Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...