Modern.az

“Prezident İlham Əliyevin Obama ilə görüşü müsbət perspektivlər vəd edir”

“Prezident İlham Əliyevin Obama ilə görüşü müsbət perspektivlər vəd edir”

Təhsil

1 Aprel 2016, 13:44

“Cənab Prezident İlham Əliyevin Qlobal Nüvə Sammiti çərçivəsində ABŞ-a səfərini çox yüksək qiymətləndirirəm. Sammit öz işinə başladığı gündən görürük ki, Azərbaycan-ABŞ münasibətlərinin yüksək səviyyədə olmasına həm ABŞ-da, həm də Azərbaycanda böyük maraq var”.

Bu sözləri Modern.az saytına açıqlamasında deputat Rövşən Rzayev deyib.

O, bildirib ki, ABŞ və Azərbaycan qarşılıqlı maraqlar platformasında münasibətləri davam etdirməlidir:

“Qarşılıqlı maraqlar istiqamətində işlərimizi davam etdirməliyik. Azərbaycanın və ABŞ-ın maraqlarının kəbs etdiyi məsələlərlə bağlı Vaşinqtonla əməkdaşlıımız artan istiqamətdə getməlidir.

R.Rzayev prezident İlham Əliyevin Barak Obama ilə görüşünün gələcək prespektivlər vəd etdiyi qənaətindədir:

“Prezident İlham Əliyevin Barak Obama ilə görüşməsi, apardıqları müzakirələr, qarşılıqlı təhlüksizlik, enerji, terrorizmlə mübarizə və digər mühüm sahələrdəki müzakirələr müsbət perspektivlər vəd edir”.

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...