Modern.az

Türkiyə ilə Azərbaycanın müdafiə nazirləri cəbhədəki vəziyyəti müzakirə edib

Türkiyə ilə Azərbaycanın müdafiə nazirləri cəbhədəki vəziyyəti müzakirə edib

Təhsil

2 Aprel 2016, 21:12

 

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmet Yılmaz və Baş Qərargah rəisi ordu generalı Hulusi Akar ilə Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş hadisələri və burada yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, danışıqlar zamanı Türkiyə tərəfi Azərbaycanın tam haqlı mövqedə olduğunu bir daha vurğulamış və Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə etmişdir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!