Modern.az

FHN-in təyyarəsi Türkmənistana göndərilir

 FHN-in təyyarəsi Türkmənistana göndərilir

Təhsil

3 Aprel 2016, 20:14

 

Fövqəladə Hallar Nazirliyinin təyyarəsinin aşkar edilmiş meyitin ölkəyə gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlığa başlanılıb. Modern.az FHN-in saytına istinadən xəbər verir ki, “BE-200ÇS” amfibiya tipli təyyarənin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılan meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...