Modern.az

İraq Kürdüstan Regionunun rəsmiləri COP29-a dəvət edildi

İraq Kürdüstan Regionunun rəsmiləri COP29-a dəvət edildi

22 İyul 2024, 23:32

Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədov ölkənin Ərbil şəhərinə səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə diplomat “X”də paylaşım edib.

 

“Bu gün Ərbil şəhərinə səfər çərçivəsində region başçısı (İraq Kürdüstan Regionu - Qeyd) cənab Neçirvan Bərzaniyə ünvanlanmış COP29-a dəvət məktubunu region başçısı administrasiyasının rəhbəri Fauzi Həririyə, İKR baş naziri cənab Məsrur Bərzaniyə isə ünvanlanmış dəvət məktubunu regionun xarici əlaqələr departamentinin rəhbəri Safin Dizayiyə təqdim etdim”, - paylaşımda bildirilib.

 

Bundan əvvəl Azərbaycan səfiri Ərbildə Türkiyənin baş konsulu ilə görüşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə: Ordumuzun hərbçisi həlak oldu