Modern.az

İtaliyanı heyran qoyan azərbaycanlı xoreoqraf - VİDEO

İtaliyanı heyran qoyan azərbaycanlı xoreoqraf - VİDEO

Diaspor

12 İyun 2024, 08:38

Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası Diaspor TV ilə İctimai TV-nin ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının növbəti buraxılışı İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf, Milanda “Aida” və “Orizon” Rəqs Akademiyasının və Milan Konservatoriyasının professoru Mais Nuriyevə həsr edilib.

 

"Türksoy" Beynəlxalq Mədəniyyət təşkilatının İtaliya təmsilçisi olan Mais Nuriyev İtaliyanın məşhur teatrları ilə əməkdaşlıq edib, Türkiyə Anadolu Beynəlxalq müsabiqəsində, San Remo Beynəlxalq müsabiqəsində, Ukrayna, Rusiya, Qazaxıstan, Qırğızıstan və bir sıra başqa ölkələrdə keçirilən müsabiqələrdə münsiflər heyətinin üzvü seçilib.

 

Vəsilə Vahidqızının müəllifi olduğu verilişdə soydaşımızın həyat və yaradıcılığından, onun Azərbaycan – İtaliya mədəni əlaqələrinə verdiyi töhfələrdən danışılıb, İtaliyanın tanınmış sənət adamlarının müsahibələrinə yer verilib.

 

Mais Nuriyevə həsr olunan “Vətən uzaqda deyil” verilişini aşağıdakı linkdən izləmək olar:

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı