Modern.az

Kosovoda polisə hücum edildi

Kosovoda polisə hücum edildi

7 Avqust 2022, 00:32

Kosovonun şimalında serblərin çoxluq təşkil etdiyi Zubin Potok bölgəsində polisə hücum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Kosovo polisi məlumat yayıb.

 

Polislər Qazivoda bənd gölündə patrul gəmisində olarkən silahlı hücuma məruz qalıblar. Hücum zamanı xəsarət alan olmayıb.

 

Məlumata görə, polislərə 10-a yaxın atəş açılıb. İnsidentlə bağlı araşdırma başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi