Modern.az

Kadırov Ukraynanı nüvə silahı ilə vurmağa ÇAĞIRDI

Kadırov Ukraynanı nüvə silahı ilə vurmağa ÇAĞIRDI

1 Oktyabr 2022, 19:11

Rusiyanın Çeçenistan bölgəsinin rəhbəri Ramzan Kadırov Ukraynada nüvə silahından istifadə edilməsinə çağırış edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.

 

Kadırov Liman şəhərinin itirilməsinə görə Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairə komandanı, general-polkovnik Aleksandr Lapini sərt şəkildə tənqid edib.

 

"Lapinin bacarıqsız olması ayıb deyil. Onun Baş Qərargahda yuxarıdakı rəhbərlər tərəfindən ört-basdır edilməsi ayıbdır. Əlimdə olsaydı, Lapini sıravi rütbəsinə endirərdim, mükafatlarından məhrum edərdim", - deyə Kadırov qeyd edib.

 

Çeçen lideri vurğulayıb ki, sərhədyanı ərazilərdə hərbi vəziyyət elan olunmalıdır: "Mənim şəxsi fikrimcə, sərhədyanı ərazilərdə hərbi vəziyyət elan olunana və aşağı məhsuldar nüvə silahının tətbiqinə qədər daha sərt tədbirlər görülməlidir".

 

Xatırladaq ki, Ukrayna ordusu Rusiyanın ilhaq etdiyi Donetsk bölgəsində yerləşən Liman şəhərinə daxil olub. Daha sonra Rusiya Müdafiə Nazirliyi Limandan geri çəkildiklərini bəyan edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?