Modern.az

Bayden Zelenski ilə danışdı: İlhaqı tanımırıq

Bayden Zelenski ilə danışdı: “İlhaqı tanımırıq”

4 Oktyabr 2022, 22:02

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

Bayden bildirib ki, Vaşinqton heç vaxt Ukrayna ərazilərinin Rusiya tərəfindən ilhaqını tanımayacaq.

 

Məlumata görə, telefon danışığında ABŞ-ın vitse-prezidenti Kamala Harris də iştirak edib.

Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı