Modern.az

Macarıstan Prezidenti Ukraynaya səfər edəcək

Macarıstan Prezidenti Ukraynaya səfər edəcək

Dünya

25 Noyabr 2022, 21:38

Macarıstan Prezidenti Katalin Novak Ukraynaya səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Macarıstanın "index.hu" saytında məlumat yayılıb.

 

Bildirilib ki, Prezident ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gedəcək.

 

Novakın Ukraynaya Polşadan qatarla gedəcəyi bildirilir. Macarıstan Prezidentinin ofisi məlumatı nə təkzib edəcəyini, nə də təsdiqləyəcəyini bildirib.

 

Novak Macarıstanın baş naziri Viktor Orbanın yaxın müttəfiqidir və mart ayında parlamentdəki hakim Fides partiyası tərəfindən prezident seçilib. Oktyabr ayında o, Mərkəzi Avropa və Balkan ölkələrinin prezidentlərinin Rusiya tərəfindən Ukrayna şəhərlərinin kütləvi bombardmanını pisləyən bəyanatına qoşulub.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu