Modern.az

Zelenski Rusiya ilə müharibənin nə vaxt bitəcəyini SÖYLƏDİ

Zelenski Rusiya ilə müharibənin nə vaxt bitəcəyini SÖYLƏDİ

1 Dekabr 2022, 11:28

Prezident Vladimir Zelenski deyib ki, müharibə ya Ukrayna qalib gələndə, ya da Rusiya Federasiyası istədiyi zaman bitəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, əgər Ukrayna Rusiyanın təcavüzünə mane olmasa, o zaman bu müharibə başqa ərazilərə, hətta ola bilsin ki, başqa qitələrə də yayılacaq.


Müharibənin nə vaxt bitəcəyi sualına cavab verən Zelenski ukraynalıların realist olduğunu qeyd edib.

“Onlar başa düşürlər ki, Rusiya Federasiyası ilə müharibə vəziyyətindədirlər və ölkəmizin ərazisində İkinci Dünya Müharibəsindən sonra ən böyük hərbi əməliyyatlar aparılır. Bu əməliyyatlar müharibə cinayətləri ilə müşayiət olunur: işgəncə, zorlama, mülki obyektlərə və infrastruktura raket hücumları...

Bu müharibə biz qalib gələndə və ya Rusiya Federasiyası istəyəndə bitəcək. Ola bilər ki, Rusiya Federasiyası bunu yalnız özünü zəif, təcrid olunmuş və heç bir tərəfdaşı olmadığını hiss edəndə istəyəcək", - prezident deyib.


Onun sözlərinə görə, Ukraynaya tərəfdaşlar və bütün azad dünyanın dəstəyi çox vacibdir. Dövlət başçısı müharibədən qaçaraq dünyanın müxtəlif ölkələrindən sığınacaq istəməyə məcbur olan Ukrayna vətəndaşlarına göstərdiyi kömək və dəstəyə görə minnətdarlığını bildirib.


Eyni zamanda, Zelenski Ukraynaya göstərilən beynəlxalq yardımın dəyərini hesablamağa və ya ölkədəki müharibəni digər münaqişələrlə müqayisə etməyə çalışan Rusiyanın narrativlərini təkrarlamamağa çağırıb. Dövlət başçısı qeyd edib ki, bu müharibənin qiyməti ilk növbədə təkcə Ukraynada deyil, bütün dünyada azadlıq və demokratiya uğrunda mübarizə aparan Ukrayna vətəndaşlarının həyatı ilə ölçülür.
 

“Çünki Ukrayna uğursuzluğa düçar olarsa, bu müharibə başqa ərazilərə və bəlkə də başqa qitələrə yayılacaq”, - o vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi