Modern.az

Türkiyədə partiya sədri BIÇAQLANDI

Türkiyədə partiya sədri BIÇAQLANDI

Dünya

7 Dekabr 2022, 21:46

Türkiyənin Yenilik Partiyasının sədri Öztürk Yılmaz naməlum şəxs tərəfindən bıçaqlanıb.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə partiyanın Çankayada yerləşən qərargahında baş verib.

 

Hücum nəticəsində partiya sədri ayağından yaralanıb. O, sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılaraq müalicəyə cəlb olunub. 

 

Yılmazın səhhətinin yaxşı olduğu, həyatı üçün təhlükə olmadığı bildirilib.

 

Türkiyə polisi hücum edən şəxsin saxlanıldığını açıqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil, araşdırma aparılır.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək