Modern.az

Tayvan Ukraynaya 1 milyon dollar yardım ayırdı

Tayvan Ukraynaya 1 milyon dollar yardım ayırdı

Dünya

8 Dekabr 2022, 18:40

Tayvan administrasiyasının xarici işlər naziri Cozef Vu, Kiyev meri Vitali Kliçko və “Darnychane” Xeyriyyə Fondunun təsisçisi Qriqori Malenko arasında anlaşma memorandumu imzalanıb.

 

Modern.az xəbər verir ki, memorandum çərçivəsində Ukraynaya 1 milyon dollar yardım ediləcək.

 

Vəsait elektrik təchizatı üçün avadanlıqların, xüsusilə generatorların alınması üçün istifadə ediləcək.

 

Bu, Tayvanın Ukraynaya ayırdığı ilk maliyyə yardımı deyil. Medianın məlumatına görə, təkcə mart ayında Tayvan Ukrayna üçün 33 milyona yaxın şəxsi ianə toplayıb.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi