Modern.az

Ukrayna əks-hücuma hazırlaşır - Bayden

Ukrayna əks-hücuma hazırlaşır - Bayden

25 Yanvar 2023, 21:30

Ukrayna qüvvələri əks-hücuma hazırlaşır.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

 

O, həmçinin bildirib ki, Ukrayna kontekstində Qərbin hərəkətləri Rusiya üçün təhlükə yaratmır. Silah tədarükünün məqsədi Rusiya Federasiyası ilə eskalasiya deyil, Ukraynaya yardımdır.

 

Bayden vurğulayıb ki, ABŞ yaxın həftələrdə Rusiya Federasiyasının hücum əməliyyatlarının güclənməsini gözləyir.

 

"Biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik. Bu, Rusiyaya qarşı mübarizə deyil, bu, azadlıq mübarizəsidir", - ABŞ lideri deyib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi