Modern.az

Zelenskinin hansı vədlərlə seçildiyini yaxşı bilirik - Kremldən cavab

Zelenskinin hansı vədlərlə seçildiyini yaxşı bilirik - Kremldən cavab

Dünya

26 Yanvar 2023, 13:08

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın dövlət başçısı Volodimir Zelenskiyə cavab verib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskov Zelenskiyə seçki kampaniyası zamanı verdiyi vədləri xatırladıb.

 

"Biz onun hansı vədlərlə prezident seçildiyini yaxşı bilirik. Amma o, Donbas problemini həll etmədi, Minsk razılaşmasını yerinə yetirmədi. Onun belə niyyəti yox idi və Zelenski müharibəyə hazırlaşdı", - deyə sözçü bildirib.

 

Qeyd edək ki, Ukrayna prezidenti V.Zelenski xarici KİV-ə müsahibəsində Rusiya lideri Vladimir Putinlə danışmağın maraqsız olduğunu demişdi. Daha sonra Zelenski Rusiya prezidentinin onun üçün heç kim olduğunu söyləmişdi.

Bu xəbər ilə bağlı
Putin mənim üçün heç kimdir - Zelenski
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır