Modern.az

Kılıçdaroğlu deyib ki, bir də namizəd olmayacağam - İDDİA

Kılıçdaroğlu deyib ki, bir də namizəd olmayacağam - İDDİA

8 İyun 2023, 16:44

Türkiyəli məşhur jurnalist Fatih Altaylı Cümhuriyyət Xalq Partiyasının (CHP) bir neçə funksioneri ilə görüşərək bir sıra məlumatlar əldə edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Altaylının əldə etdiyi kulis məlumatlarına görə, CHP sədri Kemal Kılıçdaroğlunun bir daha namizəd olmayacağı iddia edilir.

 

İddiaya əsasən, CHP sədri güvəndiyi bir neçə nəfərə deyib ki, bu, onun ilk və son dəfə prezidentliyə namizəd olmağı idi: "Bir daha heç bir vəzifəyə namizəd olmayacağam. Nə vaxt olmağından asılı olmayaraq qarşıdakı seçkilərdə namizəd olmayacağam. Belə bir niyyətim və arzum yoxdur".

 

Qeyd edək ki, Kılıçdaroğlu prezident seçkilərinin ikinci turunda 48 faizə yaxın səs toplamışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir