Modern.az

Çinin müdafiə naziri yoxa çıxıb - Vəzifəsini itirəcək

Çinin müdafiə naziri yoxa çıxıb - Vəzifəsini itirəcək

Dünya

15 Sentyabr 2023, 10:04

Çinin müdafiə naziri Li Şanfu üç həftədən artıqdır ictimaiyyət qarşısına çıxmır.

 

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

 

Nəşrin məlumatına görə, çox güman ki, o, vəzifəsini itirəcək.

 

"Financial Times" 3 ABŞ rəsmisinə istinadən qeyd edib ki, o, Şanfu böyük ehtimalla istintaq altındadır və bu, Pekinin hərbi və xarici siyasət idarəsinin elit dairələrindəki çaxnaşmanın son əlamətidir.

 

Xatırladaq ki, o, bu ilin martında müdafiə naziri təyin olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?