Modern.az

Ermənistan BƏƏ ilə yeni sazişlər imzalayacaq

Ermənistan BƏƏ ilə yeni sazişlər imzalayacaq

Dünya

18 Sentyabr 2023, 13:32

"BƏƏ ilə ərzaq təhlükəsizliyi və azad ticarət sahəsində yeni sazişlər imzalanacaq".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan Ermənistan-BƏƏ biznes forumunun kuluarlarında deyib.

 

O hesab edir ki, bu, Ermənistan ixracı üçün mühüm addımdır: "Birləşmiş Ərəb Əmirlikləri Rusiya və Çinlə birlikdə Ermənistanın üç ən böyük ticarət tərəfdaşı sırasındadır".


 
"Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dolları ötüb, 2023-cü ilin ilk 7 ayında isə artıq 870 milyon dollar olub.Hazırda bir sıra iri layihələr, o cümlədən daşınmaz əmlak, turizm və səhiyyəyə investisiyalar müzakirə olunur. Eyni zamanda, Rusiya Federasiyasına qarşı sanksiyalarla əlaqədar BƏƏ-yə və geriyə malların təkrar ixracı ilə bağlı risklər diqqətlə hesablanır", - Kerobyan söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi