Modern.az

İranda partlayış - PUA-dır, yoxsa?..

İranda partlayış - PUA-dır, yoxsa?..

18 Sentyabr 2023, 14:08

"İranın şimalındakı Qorqan şəhərində eşidilən partlayışa səbəb hərbi sistemdəki nasazlıq olub".

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyindən bildirilib.

 

"Səhra bölgəsində müdafiə və dron sistemlərinin sınaqdan keçirilməsi prosesində bu sistemlərdən biri texniki nasazlığa görə əsas yoldan çıxıb. Qırıntılar Qorqan şəhəri və ətrafına düşüb", - məlumatda deyilir.

 

Məlumatda raketdən bəhs edilib-edilmədiyi aydın deyil. Gülistan əyalətinin qubernatorluğunun rəsmisi daha əvvəl düşmüş obyektin PUA olduğunu və hadisə nəticəsində 2 mülki şəxsin yaralandığını bildirmişdi.

 

İran mediası küçədə yanmış obyektin görüntülərini paylaşıb, yaxınlıqdakı mağazaların şüşələri sınıb və avtomobillərə ziyan dəyib. Digər videolarda isə Qorqan şəhərinin bəzi hissələrinə qırıntıların düşməsi ilə müşayiət olunan yüksək səslər əks olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi