Modern.az

Finlandiya Norveçlə sərhəddə sutkalıq nəzarət tətbiq etdi

Finlandiya Norveçlə sərhəddə sutkalıq nəzarət tətbiq etdi

29 Sentyabr 2023, 17:36

Finlandiya Norveçlə sərhəddə 24 saatlıq sərhəd nəzarəti tətbiq edib.

 

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, bu, Rusiya dövlət nömrə nişanlı avtomobillərin Finlandiya ərazisinə daxil olmasının qarşısını almaq məqsədilə edilib.

 

Norveç oktyabrın 3-dən Rusiya avtomobillərinin ölkəyə girişinə qadağa tətbiq edəcək.

 

Qeyd edək ki, bundan əvvəl bir sıra Baltikyanı ölkələr oxşar addımı atmaq barədə qərar qəbul ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri