Modern.az

Paşinyan Peterburqdakı görüşə gəlsə... - Peskov

Paşinyan Peterburqdakı görüşə gəlsə... - Peskov

Dünya

29 Noyabr 2023, 13:34

"İndi Putinlə Paşinyan arasında təmas planları yoxdur".

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Bununla belə, Ermənistanın baş naziri MDB-nin Sankt-Peterburq görüşünə gəlsə, danışmaq imkanı olacaq", - deyə o qeyd edib.

 

Xatırladaq ki, Ermənistan tərəfi ardıcıl olaraq MDB, KTMT və Aİİ-nin toplantılarına qatılmaqdan imtina edib. MDB-nin Sankt-Peterburq görüşünə gəlincə, məlumatlara görə, Ermənistan baş naziri Nikol Paşinyan hələlik iştirak edib-etməyəcəyi barədə yekun qərar verməyib.

 

Bu vaxta kimi Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və digər rəsmi şəxslər Paşinyanın bu görüşə qatılacağına ümid etdiklərini bildirən açıqlamalar veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?