Modern.az

Ermənistan və Britaniya Müdafiə Nazirlikləri arasında ƏMƏKDAŞLIQ

Ermənistan və Britaniya Müdafiə Nazirlikləri arasında ƏMƏKDAŞLIQ

Dünya

29 Noyabr 2023, 14:28

Londonda Ermənistan və Böyük Britaniyanın Müdafiə Nazirlikləri arasında 2023-2024-cü illər üçün əməkdaşlıq planı imzalanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Ermənistan tərəfdən Levon Ayvazyan və Britaniya tərəfdən David Morqanın qatıldığı imzalama mərasimində tərəflər Cənubi Qafqazdakı vəziyyəti də müzakirə ediblər.

 

Rəsmilər hərbi sahədə təmasların gücləndirilməsi barədə razılığa gəliblər. Qeyd olunub ki, nümayəndələrin növbəti görüşü İrəvanda keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?