Modern.az

"İmbesil" adlandırdığı Roma Papası ilə görüşdü

Dünya

12 Fevral 2024, 12:18

Argentina prezidenti Xavyer Miley Vatikanın Müqəddəs Pyotr Bazilikasında təntənəli mərasim zamanı həmyerlisi olan pontifiklə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

O, vəzifəsinə başlamazdan əvvəl Papanı “kommunizmi təbliğ edən imbesil” adlandırmışdı. Keçən ilin dekabrında seçkilərdə qalib gəldikdən sonra Miley ritorikasını yumşaldıb.

 

İndi isə libertar prezident təhqir etdiyi Papa ilə görüşməkdən yayınmayıb. Tərəflər arasında daha bir görüşün baş tutması gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri