Modern.az

Blinken müsəlmanları Qurban bayramı münasibətilə təbrik etdi

Blinken müsəlmanları Qurban bayramı münasibətilə təbrik etdi

Dünya

16 İyun 2024, 19:34

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Qurban bayramı münasibəti ilə dünya müsəlmanlarını təbrik edib.

 

Modern.az-ın məlumatına görə, o bildirib ki, bu il Qurban bayramı bir çox müsəlmanın dərin ağrılar yaşadığı bir vaxta təsadüf edir. “Düşüncələrimiz təqib və münaqişənin fəsadları ilə üzləşənlər, o cümlədən nifrətdən qaynaqlanan zorakılıq və islamofobiyanın digər formalarının artmasını hiss edənlərin yanındadır”,- deyə A.Blinkenin açıqlamasında qeyd olunub.

 

ABŞ rəsmisi bildirib ki, ölkəsi müsəlman amerikalıların və çoxsaylı müsəlman icmaların daha yaxşı bir dünya qurulmasına verdiyi töhfələrdən xəbərdardır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əhmədin məhkəməsində qalmaqal