Modern.az

Bayden Netanyahu ilə görüşəcək 

Bayden Netanyahu ilə görüşəcək 

Dünya

14 İyul 2024, 21:48

İsrailin Baş naziri Benyamin Netanyahunun iyulun 22-də Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Cozef Baydenlə görüşəcəyi gözlənilir.

 

Modern.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

 

Məlumata görə, görüşün Ağ evdə keçirilməsi planlaşdırılır. Nəşr yazır ki, ABŞ lideri Netanyahunu 2022-ci ilin sonunda İsrailin Baş naziri postuna qayıtdıqdan sonra ilk dəfə Vaşinqtonda qəbul edəcək.

 

İyunun əvvəlində ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson İsrailin Baş nazirinin iyulun 24-də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcəyini təsdiqləyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri